RU
Vaksin istehsalçısı rekord qazanc əldə etdi
12:50
622

Vaksin istehsalçısı rekord qazanc əldə etdi

Ötən ilin ilk rübündə ABŞ-ın "Pfizer" şirkətinin gəliri 25.7 milyard dollar təşkil edib. Bu da ötən illə müqayisədə 77% çoxdur. 

7News.Az lent.az-a istinadən xəbər verir ki, göstəricilər şirkətin bu gün yaydığı məlumatda əks olunub.

Hesabat dövründə farmakologiya şirkətinin xalis mənfəəti 8 milyard dollara çatıb. Dövriyyənin artmasının səbəbi koronavirus əleyhinə vaksinlərin kütləvi istehsalıdır.

Şirkət cari ildə təxminən 100 milyard dollarlıq dövriyyəyə nail olmağı planlaşdırır. Bunun da təxminən 20%-i Covid-19 əleyhinə həblərin istehslından əldə edilməlidir. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ