Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsiləndirilən Eynulla Xeyrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatlb.
7News.Az bildirir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Xeyrullayev 7 il 11ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki,1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80" markalı mikroavtobusla toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.
E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.
7News.Az








