RU
Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub
18:12
45

Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən 7NEWS.Az-a verilən məlumata görə, baş nazir Ə.Əsədov doğum günü münasibətilə İ.Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

 

Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ