Balakəndə şəhərin mərkəzində bıçaqlanma olub.
27 yaşlı Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu qıza küçədə ağır xəsarətlər yetirib.
Belə ki, o, bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib. Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Elton Layıcovun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.








