RU
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
18:30
172

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.

7NEWS.Az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 90-ı kişi, 9-u isə qadındır. Onlardan 83-nə hökm oxunub, 16-na qarşı isə ittiham irəli sürülüb.

Həbs edilmiş Azərbaycan vətəndaşlarından 2-si isə yetkinlik yaşına çatmayanlardır.

Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfər təşkil edir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ