RU
Bakıda 24 yaşlı gənc bıçaqlandı
15:40
226

Bakıda 24 yaşlı gənc bıçaqlandı

Bakının Xəzər rayonununda 24 yaşlı gənc oğlan bıçaqlanıb.

Rayonun Şüvəlan qəsəbəsində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarın boşluğunun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ