RU
Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub - SİYAHI - YENİLƏNİB
15:35
804

Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub - SİYAHI - YENİLƏNİB

Biləsuvar rayonu ərazisində baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

Bunlar Yardımlı rayon sakinləri, 1956-ci il təvəllüdlü Səmədxan Abdullayev, 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov,
Biləsuvar rayon sakinləri, 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir. Hazırda onların müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla araşdırmalara başlanılıb. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.



11: 58

Biləsuvar rayonunda yol nəqliyyat qəzası baş verib, xəsarət alanlar var.

Hadisə köhnə Ələt - Astara magistralında qeydə alınıb.

Yük avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ