"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb. Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib".
Bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
"Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib",-deyə məlumatda bildirilir.








