7NEWS.az xəbər verir ki, İranda noyabrın 30-dan bəri 25 əyalətdə 230 məktəbdə baş verən kütləvi zəhərlənmə hadisələrində 5 mindən çox şagirdin zəhərləndiyi açıqlanıb. İran parlamentinin zəhərlənmə işləri üzrə istintaq komissiyasının üzvü Məhəmməd Həsən Əsferi məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə bağlı açıqlamalar verib. Ölkə daxilində 25 əyalətə yayılan zəhərlənmə hadisələrində indiyədək 230 məktəbdə 5 mindən çox qız və kişi şagirdin zəhərləndiyini bildirən Asferi, zəhərlənən 5 mindən çox kişi arasında qız şagirdlərin sayının kişi tələbələrdən daha çox olduğunu ifadə etdi. Zəhərlənmələrin nədən qaynaqlandığı və necə meydana gəldiyi ilə bağlı araşdırmaların aparıldığını bildirən Asferi, "Hələlik zəhərin nə olduğu və necə yayıldığı ilə bağlı dəqiq məlumatımız yoxdur"-dedi.
7NEWS.az








