Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı Rəcəb Tayyib Ərdoğan Əl-Əqsa məscidinə hücumlara qarşı İslam dünyasının həmrəy olmasının vacibliyini vurğulayıb.








