RU
Rayonlarda intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:50
54

Rayonlarda intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 7News.Az-a verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ