RU
Serbiya Prezidenti: “Özümü yaxşı hiss edirəm” - YENİLƏNİB
13:10
74

Serbiya Prezidenti: “Özümü yaxşı hiss edirəm” - YENİLƏNİB

"Özümü yaxşı hiss edirəm”. 

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib. 

O bildirib ki, bu gün ölkə daxilində səfərlər edəcək. 

Qeyd edək ki, daha əvvəl A.Vuçinin səhhətində problem olduğu və onun xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.

09:39
Serbiya Prezidenti Aleksandr Vuçiçin səhhətində problemlər yaranıb və o, xəstəxanaya yerləşdirilib.

7News.Az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Rəsmi qurumlar dövlət başçısının səhhəti barədə hələ ki açıqlama verməyib.

O, 2019-cu ildə ürək-damar sistemində yaranmış problemlə əlaqədar Hərbi Tibb Akademiyasında müalicə olunub.

Qeyd edək ki, A.Vuçiç 1970-ci il martın 5-də Serbiyanın Belqrad şəhərində anadan olub. 2017-ci il iyunun 1-dən ölkə prezidentidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ