RU
Myanmada Moça qasırğası nəticəsində 5 nəfər həlak olub
16:33
39

Myanmada Moça qasırğası nəticəsində 5 nəfər həlak olub


Myanmada təsirli olan Moça qasırğasında 5 nəfərin öldüyü bildirilib.

7NEWS.az xəbər verir ki, Moça qasırğası dünən Myanma və Banqladeşin sahil bölgələrini vurub. Hər iki ölkənin xilasetmə qrupları leysan yağışların səbəb olduğu sel fəlakətində qapalı qalanların təxliyəsini davam etdirir. Dəniz səviyyəsinin qalxmasından sonra ən azı min adamın xilas edildiyi Myanmanın Arakan əyalətinin paytaxtı Sittvedə 700 nəfərin yaralandığı bildirilib. Yerli mənbələrdən verilən açıqlamada ölkənin qasırğadan zərər çəkmiş bölgələrində ən azı 5 nəfərin öldüyü bildirilib. Sel sularının 1,5 metrə çatdığı 10-dan çox bölgədə insanların damlara və hündür mərtəbələrə çıxaraq kömək gözlədiyi öyrənilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ