Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng” tədbiri keçiriləcək.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, "Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
"Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər.








