7NEWS.az xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, episentri Dehloran şəhərinin Musiyan rayonunda olan zəlzələ yerli vaxtla saat 22:38-də qeydə alınıb. 14 kilometr dərinlikdə baş verən zəlzələ İlamın bəzi digər ərazilərində də hiss olunub. İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Dehloran vilayəti qubernatorunun müavini Nimətullah Hatəmi zəlzələdən sonra apardıqları çöl işləri zamanı heç bir insan tələfatı və maddi tələfatın olmadığını və işlərinin davam etdiyini bildirib.
7NEWS.az








