7NEWS.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Cenin şəhərinə endirdiyi hava hücumu nəticəsində 3 Fələstin vətəndaşının həyatını itirdiyi, 3-ü ağır olmaqla 13 nəfərin yaralandığı bildirilib. İsrail döyüş təyyarələri Cenində bir fələstinli evini 3 raketlə hədəfə alıb. Sözügedən hava hücumundan sonra İsrail ordusu tikinti texnikasının müşayiəti ilə şəhərə basqın edərək Cenin Qaçqınlar Düşərgəsini mühasirəyə alıb.
7NEWS.az








