ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 17 milyon barrel azalıb.
7NEWS.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 17 milyon barrel azalaraq 439 milyon 800 min barrelə düşdüyünü açıqladı. Bazar gözləntisi, ehtiyatların 15 milyon 400 min barrel azalacağı idi. Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 346 milyon 800 min barrel olub.
Digər tərəfdən, ABŞ-ın benzin ehtiyatları sözügedən dövrdə 1 milyon 500 min barel artaraq 219 milyon 100 min barrelə çatıb.
7NEWS.az








