Bakıda 17 yaşlı qız itkin düşüb. Hadisə avqustun 14-də Nərimanov rayon ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Jalə Vahabzadə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.