RU
Türkiyədə silahlı insident olub, ölən və yaralananlar var
11:20
59

Türkiyədə silahlı insident olub, ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Güngören rayonunda qəhvəxanada silahlı insident olub.

7News.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Məlumata görə, Qazi Osmanpaşa küçəsində yerləşən qəhvəxanaya silahdan atəş açılıb. Silahlı qarşıdurma zamanı 2 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili yardım gəlib.

Yaralılar xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ