RU
İsveçdən NATO açıqlaması: “Oktyabrda Türkiyədən təsdiq gözləyirik”
15:54
55

İsveçdən NATO açıqlaması: “Oktyabrda Türkiyədən təsdiq gözləyirik”


İsveçin xarici işlər naziri Billström ölkəsinin NATO üzvlüyünün təsdiqlənməsindən ümidli olduqlarını bildirib və prezident Ərdoğanın Vilnüs sammitindəki açıqlamalarına işarə edib.

7NEWS.az xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə Böyük Millət Məclisinin (TBMM) oktyabrın 1-də yenidən fəaliyyətə başlamasından sonra ölkəsinin NATO üzvlüyünün təsdiqlənəcəyinə ümid etdiyini bildirib. İyul ayında Litvada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə işarə edən Billström, "Vilnüsdə verilən bəyanatın hələ də qüvvədə olmasından başqa heç bir mesaj almadıq" dedi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ