RU
Hindistanda son 122 ilin ən quraq ayı yaşanıb
21:24
321

Hindistanda son 122 ilin ən quraq ayı yaşanıb


Hindistan Meteorologiya Xidməti ölkədə 1901-ci ildən bəri ən quraq avqust olduğunu bildirib.

7NEWS.az xəbər verir ki, Musson yağışları ayı olan avqust ayında yağan yağışlar digər illərlə müqayisədə 35 faiz azalaraq, temperatur baxımından son 122 ilin ikinci ən isti ayı olaraq qeydə alınıb. Sentyabr ayında yağıntıların normaya düşəcəyi gözlənilir. Meteorologiya üzrə aparıcı Mahesh Palawat bildirib ki, okean səthinin istiləşməsi Benqal körfəzindəki müxtəlif hava sistemlərinə təsir göstərdiyi üçün yağıntı problemi yaranıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ