Rusiya Ruben Vardanyana kömək etmir və etməyəcək: RƏSMİ AÇIQLAMA
"Qondarma "Dağlıq Qarabağın keçmiş dövlət naziri" Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtinasının nəticələri onun şəxsi seçimi ilə bağlıdır. Bu, Rusiya pasportunun qiymətinə, dəyərinə şübhə edənlər üçün yaxşı nümunə ola bilər". Bu sözlər Federasiya Şurasının Komitə üzvü Aleksandr Başkin Vardanyanın həbsinə münasibət bildirərkən deyib: "Vətəndaşlıqdan imtina etmək könüllü seçim idi, buna görə də bu addımın bütün hüquqi nəticələri onun seçiminin nəticəsidir. Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. Ona görə ki, o, indi Rusiya Federasiyasından yardım ala bilmir və almayacaq” - deyə Başkin bildirib.