RU
MİT Suriyada əməliyyat keçirib, PKK-nın
12:30
66

MİT Suriyada əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalında Kamışlı bölgəsində əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib.

Bu barədə MİT-dən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının asayiş məsələləri üzrə "rəhbər şəxsi” Müzdelif Taşkın zərərsizləşdirilib.

Onun 2007-ci ildə baş tutan Dağlıca hücumunun iştirakçısı olduğu vurğulanıb.

Terrorçunun kod adının Aslan Çele olduğu bildirilib.

Qeyd edək ki, 2007-ci ildə terrorçuların Türkiyə Silahlı Qüvvələrinin Dağlıca kəndində yerləşən hərbi hissəsinə hücumu nəticəsində 12 hərbçi şəhid olmuş, 16 hərbçi isə yaralanmışdı.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ