ABŞ-ın Kolorado ştatında cənazə evindən gələn kəskin qoxu şikayətləri üzərinə başladılan istintaq çərçivəsində dəfn evində 189 cəsəd aşkar edilib.
7NEWS.az xəbər verir ki, ABŞ-ın Kolorado ştatında dəfn salonunda ən azı 189 çürümüş cəsəd tapılıb. İki həftə əvvəlki xəbərlərdə 115 cəsədin adı çəkilmişdi. Səlahiyyətlilər "Təbiətə Qayıdış" adlı dəfn evindən gələn kəskin qoxu şikayətləri üzərinə tədbir gördü. Sahibkarın dükanına girən məmur buranı "qorxulu və təhlükəli" adlandırıb.
7NEWS.az








