Bakıda qadın dəm qazından boğularaq ölüb. Hadisə Yasamal rayonu ərazisində fərdi mənzillərdən birində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Gülşən Mehdiyeva hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.