RU
Böyük Britaniyada pərakəndə satışlar dekabrda 3,2 faiz azalıb
17:04
32

Böyük Britaniyada pərakəndə satışlar dekabrda 3,2 faiz azalıb


7NEWS.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, 2023-cü ilin noyabr ayında yüzdə 1,4 artan pərakəndə satışlar keçən ay 3,2 faiz azalıb. 2023-cü ilin oktyabr-dekabr aylarını əhatə edən üç ayda ölkədə pərakəndə satışlar əvvəlki üç aylıq dövrlə müqayisədə 0,9 faiz azalıb. Qeyri-ərzaq mağazalarının satışları dekabrda yüzdə 3,9 azaldı. Qara Cümə endirimlərinin təsiri ilə keçən ilin noyabr ayında qeyri-ərzaq mağazalarının satışları 2,7 faiz artıb. Ərzaq mağazalarında satışlar da noyabrda 1,1 faiz artımdan sonra dekabrda 3,1 faiz azalıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ