7NEWS.az xəbər verir ki,NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstək və Alyansın gücləndirilməsi gündəliyi ilə görüşüblər. Brüsseldəki qərargahında keçirilən toplantının açılışında NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynaya dəstəyin davam etdirilməsi, keçən il Vilnüs sammitində qəbul edilmiş qərarlara uyğun olaraq NATO-nun çəkindirmə və təhlükəsizliyinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması məsələləri müzakirə olunub. müzakirə olunacaq. Daha sonra görüş mətbuata qapalı davam edib. Toplantıda Türkiyəni milli müdafiə naziri Yaşar Gülər təmsil edir.
7NEWS.az