RU
01:31
846

"Qarabağ" Avroliqada mübarizəni dayandırdı

Ağdam klubu Almaniyada bundesliqanın lideri "Bayer"in qonağıdır. Oyun yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayıb. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edir.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu hesab bugünkü matçın gərginliyini bir qədər də artırır.

Qeyd edək ki, "Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır. Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 31-də qalib gəlib, 5 oyunda heç-heçə edib.  

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2 (İkinci hissə)

Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ")

İlk oyun - 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. "Bay-Arena"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ