RU
Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb
12:00
34

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün vətəndaşlardan götürülən silah-sursatların sayını açıqlayıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 tüfəng, 5 patron darağı və 223 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ