Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Elazığ şəhərində qeydə alınıb.
Təbiət hadisəsinin episentrinin 13,83 km dərinliyində yerləşdiyi bildirilir.
7News.Az








