RU
Venesuela Peru ilə diplomatik əlaqələri kəsib
14:40
31

Venesuela Peru ilə diplomatik əlaqələri kəsib


7NEWS.az xəbər verir ki, Venesuela hökumətindən verilən açıqlamada Perunun Venesuela xalqının iradəsinə məhəl qoymadığı və bu ölkə ilə diplomatik əlaqələrin kəsildiyi bildirilib.
Venesuela xarici işlər naziri İvan Gil də sosial media hesabından Peruya reaksiya verib və Venesuela xalqının iradəsinə hörmət edilməsini istəyib.
Venesuelada keçirilən prezident seçkilərindən sonra Peru nəticələri inandırıcı hesab etmədiyini və müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi prezident kimi tanıyacağını açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ