RU
ABŞ-da 48 il həbsdə qalan şəxs 7,15 milyon dollar təzminat qazandı
10:32
72

ABŞ-da 48 il həbsdə qalan şəxs 7,15 milyon dollar təzminat qazandı


1974-cü ildə quldurluq zamanı bir adamı öldürdüyü iddiası ilə ABŞ-da mühakimə olunan və 48 il həbsdə qaldıqdan sonra günahsız olduğu üzə çıxan Glynn Ray Simmons açdığı təzminat davasını qazandı. Simmons tarixdə bəraət qazanmış hər hansı bir şəxs arasında ən uzun cəza çəkdi.

7NEWS.az xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında 48 il həbsdə qaldıqdan sonra günahsız olduğu məlum olan Qlin Rey Simmons açdığı əks iddia nəticəsində 7,15 milyon dollar təzminat qazanıb. Simmons 1974-cü ildə içki mağazasında quldurluq zamanı məmur Carolyn Rogersi öldürməkdə təqsirli bilinərək ölüm cəzasına, sonra isə ömürlük həbsə məhkum edilib. Simmons hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirərək əks iddia qaldırıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ