RU
Avropadan sonra ilk virus xəbəri Asiyadan gəldi
17:23
80

Avropadan sonra ilk virus xəbəri Asiyadan gəldi


7NEWS.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal ictimai sağlamlıq vəziyyəti elan etdiyi Mpox virusu (mpox) Avropadan sonra ilk dəfə Asiyada görüldü. Pakistan Səhiyyə Nazirliyi ilk hadisənin aşkar edildiyini və 3 nəfərə M pox virusu diaqnozunun qoyulduğunu açıqlayıb. Səhiyyə Nazirliyinin sözçüsü Sacid Şah açıqlamasında bildirib ki, bu insanlarda viral infeksiyanın yüngül simptomları var, lakin çirklənmənin qarşısını almaq üçün kontakt axtarışı aparılıb. Şah bildirib ki, nümunələr təsdiqlənmək üçün Milli Səhiyyə İnstitutuna göndərilib. Pakistanda 2023-cü ilin aprelindən bəri 11 mpox hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ