7NEWS.az xəbər verir ki, ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb. Açıqlanan məlumatlara görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 24 avqustda bitən həftədə bir əvvəlki həftə ilə müqayisədə 2 min nəfər azalaraq 231 min nəfərə enib. Bazar gözləntiləri işsizlik müavinəti müraciətlərinin sayının 232 min olacağı idi. Əvvəlki həftəyə aid işsizlik müavinəti müraciətlərinin sayı 232 mindən 233 minə revize edildi.
7NEWS.az








