RU
İranın Bəlucistan əyalətində silahlı qruplaşmanın üzvləri həbs olunub
16:00
14

İranın Bəlucistan əyalətində silahlı qruplaşmanın üzvləri həbs olunub

İranın Sistan və Bəlucistan əyalətində "Ceyş əl-Ədl” silahlı qruplaşmasının iki üzvü həbs edilib.

Məlumatı "Tasnimnews” yayıb.

Bildirilib ki, onlardan silah və partlayıcı qurğu aşkar edilərək müsadirə olunub.

Mütəxəssislərin məlumatına görə, "Ceyş əl-Ədl” İranda bəlucların hüquqlarının müdafiəsi uğrunda silahlı mübarizə aparır. İran hakimiyyəti bu qruplaşmanı terrorçu sayır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ