Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Məlumata görə, Samux rayon sakini, 1951-ci il təvəllüdlü Pərnuş Quliyevanı avtomobil vurub.
O, ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.








