RU
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
12:03
120

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt – Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Mədətov Elnur Mail oğlu  yolu keçən zaman avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ