Azərbaycanda daha bir doğuş faciəsi baş verib.
7News.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunda qeydə alınıb.
İmişli rayon sakini, 2005-ci il təvəllüdlü Samirə Səxavət qızı Mirzəyeva doğuş üçün rayon mərkəzi xəstəxanasına müraciət edib.
20 yaşlı qadının dünyaya gətirdiyi uşaq ölüb.
Araşdırmalar Sabirabad Rayon Prokurorluğu tərəfindən aparılır.








