RU
Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb
11:00
26

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb

Rusiyada Volqoqrad vilayətinin Jirnovski rayonunda üç avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə baş idarəsi məlumat yayıb.

Qeyd olunub ki, yolun əks zolağına çıxan "Lada Kalina” markalı avtomobili qarşıdan gələn iki nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində 5 nəfər hadisə yerində aldığı xəsarətlərdən ölüb, iki nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ