RU
Azərbaycan nefti ucuzlaşıb
12:30
83

Azərbaycan nefti ucuzlaşıb

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,83 ABŞ dolları və ya 1,18% azalaraq, 69,25 dollar təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,82 dollar və ya 1,20% ucuzlaşaraq 67,62 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,66 dollar və ya 1,18% azalaraq, 55,06 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,67 dollar və ya 0,98% azalaraq 67,66 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ