RU
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
10:10
68

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

"Comex" əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 4200 dolları ötüb. Bu, müasir maliyyə bazarı tarixində qızılın ən yüksək qiymətidir.

Bakı vaxtı ilə saat 5:12-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 unsiyası üçün 4202,4 dollar təşkil edib.

Ekspertlərin fikrincə, daha təhlükəsiz aktiv hesab olunan qızıla dünya bazarında tələbatın artması mövcud qeyri-müəyyənlikdən qaynaqlana bilər.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ