Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bununla bağlı "Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Maştağa ETSİ ərazisində 35/10/6 kV-luq "Bilgəh” yarımstansiyasında təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.








