RU
Yaponiyada güclü zəlzələ oldu
14:20
18

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın cənubunda yerləşən Vulkan Adaları bölgəsində 6 bal gücündə zəlzələ baş verib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) tərəfindən yayılan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:55-də qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Məlumata əsasən, təbii fəlakət sunami xəbərdarlığına səbəb olmayıb. Hadisə ilə bağlı dağıntı və ya xəsarət barədə hələlik rəsmi məlumat verilməyib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ