RU
Torpaq və həyət evi almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər UCUZLAŞDI
15:50
68

Torpaq və həyət evi almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər UCUZLAŞDI

Son günlər Bakı, Abşeronda torpaq sahələri, eləcə də həyət evlərinin qiymətində ucuzlaşma müşahidə edilir. 

Əmlakçıların sözlərin görə, həyət evlərinə maraq azalıb. Təklif edilən qiymətlərlə ərazi üzrə 2-3 min enmə var. 

Rieltor Azər Əlimərdanlının sözlərinə görə, bir neçə ay əvvəl 80 minə təklif olunan həyət evi hazırda 70 mindir: 

"Amma ucuzlaşmaya baxmayaraq son zamanlar bu cür evlərə və torpaqlara maraq yoxdur. 60-65 minə olan evlər bugünki gün 50-55 mindir. Ən çox müraciət edənlər Binəqədi, Abşeron və Hövsan ərazisindəndir. Hazırda torpaq alandan çox, satan var". 

Məsələ ilə bağlı daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, güclü yağış səbəbindən Bakı və Abşeron ərazisində subasmalarla əlaqədar torpaq sahələri, həyət evləri kütləvi şəkildə satışa çıxarılıb:

"Əgər hansısa massiv çökmə ərazidə yerləşirsə, həmin ərazinin kanalizasiya xətləri olmadığı halda gələcəkdə bu cür ərazilərin güclü yağış səbəbindən subasma ehtimalı daha böyük ola bilər. Ona görə də əmlak alarkən relyefinə, sənədinə, tikintisinə fikir vermək lazımdır". 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ