2030-cu ildən gəldiyini iddia edən Nuh adlı şəxsin dedikləri düz çıxıb.
7News.Az ölkə.az-a istinadən xəbər verir ki, Nuh adlı zaman səyyahı ABŞ-ın mərkəzi ştatlarında güclü soyuqların düşəcəyini demişdi. Nuhun dedikləri düz çıxdı və ABŞ-ın mərkəzi ştatlarında son illərin ən soyuq qış mövsümü oldu.
Nuh 2030-cu ildən gəldiyini iddia etmişdi və gələcəkdən gətirdiyini dediyi kitab və jurnal səhifələrini sübut kimi göstərmişdi. Onun sözlərinə əsasən, 2019-cu ilin ilk aylarında UNO ilə bağlı çoxlu xəbərlər üzə çıxacaq və ABŞ-ın mərkəzi ştatlarında güclü soyuq olmalı idi.

Nuhun gələcəklə bağlı digər iddiaları isə bunlardır:
2019-cu ilin aprel ayında kor insanların gözlərinin açılması üçün yeni müalicə üsulu kəşf ediləcək.
2019-cu ilin iyun ayında şikəst insanların yenidən gəzə bilməsi üçün bir çip texnologiyası üzə çıxacaq.
2020-ci ilin yanvar ayında "A1 Machidan" adlı insan-robot istehsal ediləcək və bu robota qarşı dünyanın bir çox yerində etiraz aksiyaları keçiriləcək.
2020-ci ilin 3 noyabr tarixində ABŞ-da Donald Tramp yenidən prezident seçiləcək.
2028-ci ilin avqust ayında yadplanetlilər və zaman maşını haqqında ictimaiyyətə məlumat veriləcək.
2028-ci ilin noyabr ayında Martin Kuter Kinqin nəvəsi İolanda Rene Kinq 20 yaşında ABŞ prezidenti seçiləcək.
2028-ci ildə ikinci sənaye inqilabı baş tutacaq.
2029-cu ilin fevral ayında "The One" adlı çip insanlara taxılacaq və beləcə insanların səhhəti və beyin funksiyaları müntəzəm olaraq nəzarət altında olacaq.

2030-cu ilə qədər ABŞ və Şimali Koreya arasında müharibə başlayacaq.
Ölümsüzlüyə doğru ilk addım atılacaq.
İngiltərə 2030-cu ilə qədər çox pis hadisələrlə üzləşəcək.
İngiltərə 2030-cu ildə yenidən Avropa İttifaqına qoşulacaq.
2030-cu ilə qədər Avropa İttifaqı ölkələri vahid bir dövlət kimi birləşəcək və Avropa Birləşmiş Dövlətlərini quracaq.

Avropa İttifaqının tək bir dövlət olmasından sonra bir çox ölkə bu trendə ayaq uydurmağa çalışacaq və dövlətlər birləşmək qərarına gələcək.
Avropa Birləşmiş Dövlətləri avro və strelinq yox, yeni pul vahidindən istifadə edəcəklər.

7News.Az








