RU
2030-dan gəldiyini iddia edən adamın dedikləri hər kəsi təəccübləndirdi
14:40
1009

2030-dan gəldiyini iddia edən adamın dedikləri hər kəsi təəccübləndirdi

Zamanda səyahət etdiyini iddia edən Noah adlı gənc sosial media hesabında gələcək illərdə baş verəcək hadisələrdən bəhs edib.

7News.Az metbuat.az-a istinadla bildirir ki, 2030 –cu ildən gədiyini deyərək videolar və görüntülər paylaşan gəncin İngiltərə ilə bağlı dedikləri xüsusilə diqqəti çəkib. İngiltərənin yenidən Avropa Birliyinə qatılacağını iddia edən Noah Avropa birliyi ölkələrinin yeganə dövlət olacağını deyib. Bundan sonra bir çox ölkə bu trendə uyğun olaraq dövlətləri birləşdirmə qərarı alacaq.
Avropa Birləşmiş Dövlətləri avro və sterlinq istifadəsini dayandıraraq yeni, ortaq bir pul vahidindən istifadə edəcəklər.

Noaha görə, qlobal isinmə səbəbi ilə ən böyük zərəri dəyəcək ölkələrdən biri İngiltərə olacaq.

Gələcəkdə insanların beyninə çip qoyulacağını da deyən Noah bu çipin beynin funksiyalarını artıracağını deyib.

Noahın iddiaları son dərəcə diqqət çəkici olsa da, videonu izləyən bir çox adam iddialara inanmayıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ