7News.Az-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, 21 yaşlı Qırğızıstan vətəndaşı yeni doğulan körpəsini suda boğub.
Belə ki, 7 aylıq hamilə qadın vaxtınan öncə doğuş etdikdən sonra uşağını suyla dolu vannaya qoyub. Körpə öldükdən sonra qadın meyitdən qurtulmağa çalışaraq onu zibil qutusuna tullayıb.
Daha sonra vəziyyətinin pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən qadını 20 ilədək həbs cəzası gözləyir.