RU
21 yaşlı intihara cəhd edən qadının atası: Bizim qızımızı döyüblər
19:23
378

21 yaşlı intihara cəhd edən qadının atası: Bizim qızımızı döyüblər

Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanaya yerləşdirilən Qasımova Nərmin Allahverdi qızının zəhərlənmə ilə yanaşı, döyüldüyü də müəyyənləşib. Atası Allahverdi Mustafayev APA-nın Qarabağ bürosuna bildirib ki, qızı 7 ildir, rayonun Hindarx qəsəbəsinə gəlin köçüb. O, qızının dəfələrlə zorakılğa məruz qaldığını deyib: “Bizim qızımızı döyüblər və o da zəhər içərək intihara cəhd edib”.

Faktla bağlı N. Qasımovanın valideynləri Ağcabədi rayon Polis Şöbəsinə müraciət ediblər, araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ