Hadisəni törədən şəxsin kimliyi məlum deyil
Bu gün axşam saat 21:15 radələrində Salyanda bıçaqlanma hadisəsi baş verib.
7news.az"report"a istinadən xəbər verir ki, insident Salyan şəhərində qeydə alınıb.
Belə ki, şəhərin Taleh Davudzadə küçəsi, ev 156 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Pirverdi Əlikərim oğlu Məhərrəmov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Zərərçəkən sol qabırğasının kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pirverdi Məhərrəmov dərhal Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.
Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.
7news.az








