Şəmkir rayonu ərazisində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb.
7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 21 yaşlı Zaur Orucəliyev üzərində bıçaq yaraları olan xəsarətlərlə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Çoxlu qan itirən yaralı dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.
Şəmkir rayon polis şöbəsində faktla bağlı araşdırma aparılır.
7news.az








